Yazı Alma qəzetində çap olunub

Elmin Həsənli



ADP-ni ittiham etməkdə haqlıyıqmı?

Müsavatın ötən bazar günü keçirdiyi mitinqin uğursuzluğu mediyada müzakirə konusuna çevrilmədi. Təbii ki, ADP-nin məlum bəyanatı buna imkan vermədi. Burada hadisələr bir-birini tamamladı sanki: ilk öncə "Azadlıq" blokunun tamamilə uğursuz və heç bir effekti olmayan aksiyası, sonra Müsavatın mitinqi və ADP-nin "müxalifətin bu günə qədərki mübarizəsinin heç bir nəticəsi olmadığını ..." bəyan etməsi. Beləcə, ADP-nin bir müddət davam edən hakimiyyətə əməkdaşlıq təklifləri nəhayət, partiyanın siyasi kursunun dəyişməsi ilə nəticələndi. Sərdar Cəlaloğlu mətbuata verdiyi açıqlamalarda daha İlham Əliyevin siyasi xəttini dəstəkləyəcəklərini, daha insanları küçələrə çağırmayacaqlarını, istefa tələbi səsləndirməyəcəklərini bildirdi. Həftə boyunca bütün siyasi söhbətlər bu mövzuda oldu, hətta deyərdim ki bu məsələ bahalaşma mövzusunu gündəmdə geriləməyə məcbur etdi. ADP-nin sərgilədiyi bəyanata qarşı müxtəlif təpkilər də oldu. Əksər siyasətçilər və yazarlar S.Cəlaloğlunun bu mövqeyinin yanlış olduğunu iddia edirlər, hətta bunu satqınlıq kimi dəyərləndirənlər də var. Amma ilk növbədə nəzərə almaq lazımdır ki, partiya müstəqil fəaliyyət göstərən təşkilat olduğundan istənilən siyasi kursu seçmək, eyni zamanda öz siyasi kursunu dəyişmək hüquqlarına sahibdir. Ancaq məsələyə siyasi əqidə aspektindən yanaşmaq da lazımdır: Belə ki, həmin partiyanın indiyə qədərki çıxışları kəskin radikallığı ilə səciyyələnirdi. Təkcə seçkiöncəsi debatlarda Sərdar bəyin çıxışlarını xatırlamaq bəs edər. Bütün bunlara rəğmən, ADP-yə haqq qazandıran çoxlu arqumentlər də tapmaq olar. Əvvəla, Sərdar bəyin də qeyd etdiyi kimi, müxalifətin indiyə qədərki mübarizəsinin heç bir güclü nəticəsi olmayıb. Azərbaycan müxalifəti olsa-olsa, Azərbaycanın Türkmənistana çevrilməsi təhlükəsinin qarşısının alınmasında azacıq rola malikdir. Müxalif partiyalar çox zaman iqtidarla yox, elə öz-özləriylə mübarizə aparmaqla məşğul olublar. İkincisi, həmin xəttlə davam etsək, deməli, vaxt ötdükcə iqtidar partiyaları güclənməkdə, müxalif partiyalar isə geriləməkdədir. Yəni zaman heç də mövcud siyasi kurslarını, öz taktikalarını illərdir dəyişdirməyən müxalifətin yox, onların opponentlərinin xeyrinə işləyir. Və niyə bu partiyalardan birinin özünü dəyişdirmək, öz məqsədlərini reallaşdırmaq imkanı olmasın? S.Cəlaloğlu açıqlamalarında "siyasi dialoqun yeganə predmeti milli məsələlərin həllində iqtidarla müxalifəti ortaq məxrəcə gətirməkdir" deyir. Burada "milli məsələ" deyiləndə nəyin nəzərdə tutulduğunu dəqiq anlamaq olmur. Məgər hakimiyyətin siyasi fəaliyyətində onun ilk və son məqsədi milli məsələlərin həlli olmamalıdırmı? Nəticədə belə çıxır ki, müxalifət də hakimiyyətin qeyri-milli məsələlərlə məşğul ola bilməsini qəbul edir. Deməli, müxalifət təklif edir ki, milli məsələlərdə dialoq aparaq, yəni birlikdə fəaliyyət göstərək, amma digər məslələrdə hakimiyyəti tam azad buraxaq.

Happy birthday!


Fevral aylarında Elnur, Nağı və Jalə öz doğum günlərini qeyd edirlər.

Öz sakitçiliyi qrupda inqilab etmiş Elnuru,

Radikallığını özündən heç zaman əskik etməyə Nağını

Və Akademiyanın ən fəal tələbəsi olan, debat yarışlarında çoxlu uğurlar qazanmış Jaləni

təbrik edir, arzularına çatmalarını diləyirik!

Təqaüdlər artırıldı


Prezident aspirantların və tələbələrin təqaüdlərini artırdı
Prezident İlham Əliyev aspirantların, ali və orta ixtisas, peşə məktəbi tələbələrinin və lisey şagirdlərinin təqaüdlərinin artırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, təqaüdlər orta hesabla 50 faiz artırılıb. Aspirantların təqaüdü 65 manat məbləğində müəyyənləşdirilib.
Magistr təhsili alan tələbələrdən əla qiymətlərlə oxuyanlar 55, əla və yaxşı qiymətlərlə oxuyanlar 45, yaxşı və kafi qiymətlərlə oxuyanlar 30 manat;
Bakalavr təhsili alan tələbələrdən əla qiymətlərlə oxuyanlar 50, əla və yaxşı qiymətlərlə oxuyanlar 40, yaxşı və kafi qiymətlərlə oxuyanlar 25 manat;
orta ixtisas məktəblərində təhsili alan tələbələrdən əla qiymətlərlə oxuyanlar 25, əla və yaxşı qiymətlərlə oxuyanlar 20, yaxşı və kafi qiymətlərlə oxuyanlar 18 manat;
peşə məktəblərinin tələbələri və lisey şagirdləri isə 18 manat məbləğində təqaüd alacaqlar.

Gənclər günü

2 fevral Gənclər günü münasibətiylə 117-ci qrup başda olmaqla bütün gənclərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.
Qoy bizim gənclərimiz hər zaman öz fikirlərində, məqsədlərində gənc olaraq qalsınlar.
Dia117 saytı adından bütün gənclərə sağlamlıq arzu edərək onlara gəncə yaraşan etiraz ruhu diləyirik.

(yeni yazı)
Azəri gəncinin portreti

Elmin Həsənli

elminhesenli@gmail.com
(yazı "Alma" qəzetini "Kitab" əlavəsində nəşr olunub)

Avtobusa oturub, qara çantamı açıram və oradan qəzetdən, kitabdan çıxarıb oxumağa başlayıram. Başımı qaldırıb baxanda görürəm ki, avtbusda oturan qızıldişli, qara paltarlı gözlərini zilləyib mənə sarı baxırlar. Elə baxırlar ki, sanki indiсə qalxıb məni it kimi çırpacaqlar, götürüb pəncərədən atacaqlar aşağı. Eyni halla metroda da qarşılaşıram. İlahi, bu adamlar məndən nə istəyirlər axı?...
Sonradan mənə aydın olur ki, cəmiyyətdə kitab, qəzet oxuyanla oxumayana olan münasibət tamam fərqlidir. Tutaq ki, avtobusda oturub telefonla oynayan, dostları ilə əttökən zarafatlar edən gənc bir adamı hamı normal qarşılayır, çünki artıq bu adamlara öyəşiblər. Amma nəsə oxuyana elə münasibət göstərirlər ki, guya həmin adam xəstədir və dəlixanadan elə indicə qaçıb.
Müşahidə etmişəm teatr tamaşalarına gələn adamların əksəriyyəti elə teatr adamlarıdır. Azərbaycanda tamaşa teatr adamları üçün, yazı ədəbiyyatçılar üçün, rəsm qalareyaları rəssamlar üçündür. Qəzet oxuyanların sayı 15 ildir ki dəyişmir. Teatra getmək istəyənə gülürlər. Oxuyanı normal qəbul etmirlər. O, daxilində çürüyüb, “çürük findıq” effektini verir. Bir güclü külək əssə tökülüb dağılacağıq .
Ciddi görkəmli cümlə ilə bir fikrimi də deyim: cəmiyyət gəncin sifətidir, gəncsə cəmiyyətin. Bəs yaxşı, oxumamağı həyatının əsas məqsədi seçən bizim cəmiyyətin qəhrəman gənci kimdir, o haradadır, nə işlə məşğuldur?
Deməli belə, azərbaycanlı gənc o adamdır ki, onun əlində mütləq (istisna halları yoxdur) mobil telefon var. O, özünü heç vaxt düşük lağlağısından məhrum etmir. Əlində kitab, belində çantası olan dostuna mütləq gülür və dərsə əli, başı boş getməsi ilə fəxr edir. Lazım olan kimi yapkimilər sinfinə aid olan təşkilatlara üzv olur, “irəli” deyə hayqırır. ANS-in jurnalisti mikrofonu ona uzadıb soruşanda ki, Qarabağı münaqişəsinin həllini nədə görürünüz, o dəqiqə vətənpərvərlik hissləri cırıb dağıdır, ağzından od alov püskürə-püskürə vətən sevgisindən, torpaq həsrətindən, müharibədən danışır. Amma ölkəsinin himni oxunanda ayağa qalxmağa belə çətinlik çəkir, bayrağındakı rəngləri gücbəla ilə yada salsa da onların mənası haqqda zərrə qədər də biliyi olmur. Ondan soruşanda ki, axırıncı dəfə hansı kitabı oxumusan, cavabında “8-ci sinif Ədəbiyyət dərsliyini” deyir.
Azərbaycanlı gənc Allaha ürəkdən inanır ya yox, bu haqqda dəqiq heç nə deyə bilmərəm, amma bilirəm ki, o, namaz qılır, oruc tutur, sonra isə ən əclaf işlərlə məşğul olur, Allahdan, dindən öz eyiblərini örtmək üçün istifadə edir. Şəxsən mən azəri gəncinin din barədəki səmimiliyinə hər zaman şübhə etmişəm.
Bizim qəhrəman rəqsanələrin, sarıçiçəklərin, yeniulduzların, azəristarların gündən günə artıb çoxalmasında əlindən gələni əsirgəmir. İncəsənətin sürətlə bayağılaşmasına dəstək verir. Minlərlə gəncin yarışmalara can atması, seçim zamanı yaranan növbələr buna əsl sübut deyilmi?
Bizim “gənc və perespektivli” qəhrəman etiraz etməkdən, “inqilab” sözündən itdən qorxan kimi qorxur, yenilikdən yüz metr aralı qaçır. Standartları pozmaqdan çəkinir, daim çərçivə içərisində yaşayır, patriarxal ənənələri heç bir zaman pozmur, toya mütləq qalstukla, kostyumla getməyə çalışır.
Bizim milli qəhrəmanımızın bir xüxusiyyəti də cəmiyyətdə artıq çoxdanın adətin çevrilib. “Zerkalnı” nömrə məsələsini deyirəm. Azəri gəncləri bir-birlərinə telefon nömrəsinin bahalılıq səviyyəsilə qiymət verib, hörmət qoyduqlarını desəm səhv etmiş olmaram yəqin. Hər bir azəri gəncinin arzusu ən azı bir “07”-ə sahib olmaq, şəhərin küçələrində avtoşluq (yəni avtoXULİQANlıq) etməkdir. Öz dostuyla söhbətinin əsas mövzusu da elə 07-lər, tofaşlar olur.
Bu siyahını artırmaq da olar. Amma nəyə lazımdır? Nə xeyri var? Onsuz da bizim qəhrəmanımızın bu yazını oxumaq şansı sıfıra bərabərdir.

Ramil necə istirahət edir?


Bildiyiniz kimi, hazırda qış tətili olduğu üçün uşaqlarımız istirahət edirlər. Kimin harada, necə və kiminlə istirahət etməsi haqqında məlumat aldıqca saytımızda yerləşdirməyə çalışacayıq. Hal-hazırda aldığımız məlumata görə Ramil məşhur Hindistan aktrisası Aishwarya Rai-nı Bakıya qonaq çağırmış və istirahətini, qışı çox da soyuq keçməyən Bakıda öz sevimli aktrisası ilə birlikdə keçirir. Xatırladaq ki, bu məlumatı alanda inanmadıq. Lakin sonradan əldə etdiyimiz bu foto hər şeyi sübüt edir.
Nə deyirik ki, Ramil! Sənə gözəl istirahətlər arzulayırıq!

Gülümsəyin cənablar!

Gülümsəyin cənablar!

Əlaqə üçün

  • 050 4903218 (Elmin)
  • dia117@gmail.com
  • elminhesenli@gmail.com

sayğac